Görkəmli şair, yazıçı, maarifpərvər ziyalı Abdulla Şaiqin (1881-1959) anadan olmasının 140 illik yubileyi münasibətilə ədibin "Tıq-tıq xanım" nağılı ingilis dilində nəşr edilib.

Bu barədə Abdulla Şaiqin Ev-Muzeyindən məlumat verilib.

Muzeyin direktoru Ülkər Talıbzadə bildirib ki, nağılın ingilis dilində nəşrinin təşəbbüskarı və tərcüməçisi Xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev, illüstrasiyaların müəllifi Alex Bjelicadır.

İngilis dilində "Tıq-tıq xanım" (“Lady Tick-tick”) kitabını fevralın 24-dən 28-dək "Amazoncom" saytında elektron formada pulsuz olaraq əldə etmək mümkün olacaq.