Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi davam edir. Layihə iştirakçılarının qrafik dizayner və illüstrator Mahir Qafarov ilə “Zoom” proqramı vasitəsilə görüşü keçirilib.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, “Digitalart-lab” layihəsinin növbəti görüşü Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarında yayımlanıb.

Onlayn görüşə qatılanların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.