Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin nağaraçılar ansamblı İtaliyada “Sopravist” Beynəlxalq Festivallar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Gələcəyin ulduzları” adlı beynəlxalq festival-müsabiqədə ölkəmizi uğurla təmsil edib.
İdarədən bildirilib ki, təmsilçilərimiz onlayn formatda keçirilən müsabiqədə zərb alətləri nominasiyası üzrə qruplar arasında birinci yerə layiq görülüb.
Müsabiqədə iştirak edən şagirdlər və ansamblın rəhbəri, nağara ixtisası üzrə müəllim Cəfər Həsənov diplomla təltif olunub.
Münsiflər heyəti həmçinin ayrıca olaraq məktəbin direktoru, professor Adilə Yusifovaya təşəkkür məktubu ünvanlayıb.