O gecə qətlə yetirilən uşaqlara ithaf
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı nişanəsi” bədii-sənədli qısametrajlı filmi təqdim edilib.
Filmdə acı hekayəsi anladılan 5 yaşlı naməlum qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 26-na keçən gecə amansızlıqla öldürülən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilib və onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Filmin müəllifi Mübariz Əsgərov, rejissoru Elçin Elxan, operatoru Əhməd Barasov, bəstəkarı Azər Hacıəsgər, qrafikaçısı İlkin Turan, rəssamı Vüqar Qurbanovdur. Filmi “Xocalıya ədalət!” kampaniyasının saytında (https://justiceforkhojaly.org) və sosial şəbəkə hesablarında izləmək olar.