“Euronews”, CNN, “National Geographic”, BBC və CNBC kanallarında Azərbaycanın turizm potensialı haqqında videorolik və reklam çarxlarının nümayişi başlanacaq. Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.
   
   Nazir bildirib ki, beynəlxalq telekanallarda Azərbaycanın turizm potensialını əks etdirən yeni reklam çarxlarının nümayişinə aprelin sonunda başlanması nəzərdə tutulur. Ə.Qarayevin sözlərinə görə, aprelin 28-də Bakıda keçiriləcək ənənəvi beynəlxalq turizm sərgisində ilk dəfə olaraq bütün rayonların stendləri qoyulacaq. Burada ölkəmizin daxili və xarici turizm imkanları nümayiş olunacaq.
   Nazir yaz və yay aylarında turizm obyektlərində qiymətlərin aşağı salınması məsələsinə də toxunub. Nazir bu işin Tarif Şurası tərəfindən həyata keçirildiyini vurğulayıb: “Bu qiymətləri bazar özü müəyyənləşdirəcək. Nazirlik dövlət olaraq turizm bazarında əmələ gələn qiymətlərə müdaxilə edə bilməz. Nə qədər çox mehmanxana, turizm şirkəti olarsa, o qədər yaxşıdır. Çünki bu halda rəqabət nəticəsində qiymətlər aşağı düşəcək”.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar