Fevralın 26-da Beynəlxalq Muğam Mərkəzi (BMM) öz sosial şəbəkə hesabları üzərindən canlı olaraq Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan bədii-musiqili kompozisiya təqdim edib.
Təqdimatda ilk dəfə olaraq sözləri və musiqisi BMM-in solisti, tarzən Rəşad İbrahimova məxsus olan “Xocalı kompozisiyası” səsləndirilib.
Canlı yayımda BMM-in solistləri – xanəndələr Elgiz Əliyev, Ayşən Mehdiyeva və Könül Məmmədli lirik-fəlsəfi məzmunlu muğam parçaları oxuyublar. Onları tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Rəfael Əsgərov müşayiət ediblər.
Layihəni aşağıdakı linkdə izləmək mümkündür: