Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş Xocalı soyqırımından daha bir il ötdü. Xocalı soyqırımı erməni şovinist dairələrinin öz havadarlarının dəstəyi ilə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qətllər, terror və etnik təmizləmə siyasətinin ən qanlı hadisəsidir.

Fevralın 26-da Bülbülün Memorial Muzeyi "AYTAM" Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyi ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirib.

Tədbirdə birliyin üzvləri çıxış edərək tariximizin bu faciəli səhifəsi haqqında fikir və düşüncələrini bölüşüblər.