Mart ayında, Novruz bayramı ərəfəsində İrandan Azərbaycana 100 min nəfər səfər edib. Bu barədə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bildirib. Səfir İranın Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin rəhbəri Mehdi Mustəfəvi ilə görüşdə qeyd edib ki, heç bir amil İran və Azərbaycan milləti arasında ayrılıq sala bilməz: “Bizim qədim köklərə bağlanan tarixi əlaqələrimiz var”.
Səfir avqust ayında Tehranda Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcəyini, bu mərasimdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak edəcəyini bildirib. Öz növbəsində Mehdi Mustəfəvi qeyd edib ki, mədəni əlaqələr insanlar arasında olan sərhədləri götürür: «İndi iki ölkə arasında olan əlaqələr daha da güclənməkdədir, hər iki ölkənin maraqları təmin olunur. İki ölkənin insanlarının dini, dil və mədəniyyəti onların daha tez və asanlıqla əlaqə qurmasına səbəb olur”. O, İranla Azərbaycanın kitab, film, kütləvi informasiya, ticarət, turist, iqtisadi və siyasi sahədə olduqca möhkəm əlaqələrinin olduğunu bildirib.