Gürcüstanın beynəlxalq hava limanları (Tbilisi, Kutaisi, Batumi) cari ilin yanvar-iyun aylarında 3,2 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur. Bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Gürcüstanın beynəlxalq bazarlarda tanıdılması istiqamətində aparılan aktiv marketinq kampaniyaları nəticəsində həm turist axını, həm də sərnişin axını xeyli artıb. 2024-cü ilin ilk altı ayında Gürcüstanın hər üç beynəlxalq hava limanı 3 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da indiyədək əldə edilən ən böyük nəticədir.
İlin ilk altı ayında Gürcüstan hava limanları vasitəsilə yüklərin daşınmasının həcmi 23 faiz artaraq 11 milyon tona çatıb.
Gürcüstan hakimiyyəti bu il ölkəyə 7,9 milyon xarici turistin ziyarət edəcəyini, turizm gəlirlərinin isə 4,3 milyard dollardan (2023-cü il) 4,5 milyard dollara artacağını gözləyir.