Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən elan edilən “Xocalı faciəsi ədəbiyyatda” şeir qiraəti müsabiqəsinə yekun vurulub.
Kitabxanadan bildirilib ki, 15-28 fevral tarixində keçirilən onlayn (“İnstagram” sosial şəbəkə səhifəsi üzəridən) müsabiqəyə çoxlu sayda iştirakçı qatılıb. İştirakçıların sayının çox olması nəzərə alınaraq, öncədən də qeyd edildiyi kimi, 3 qalibin seçilməsinə qərar verilib. Qaliblər onlayn səs çoxluğu əsasında (“bəyənmə” sayına görə) müəyyən edilib.
Beləliklə, Nihad Əlimuxtarov birinci, Gülay Hacızadə ikinci, müsabiqənin ən gənc iştirakçısı – 4 yaşlı Sirac Məmmədov isə üçüncü yerə layiq görülüb.
Qaliblər kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq.
Şeir qiraəti müsabiqəsi qaliblərinin videolarına aşağıdakı linklər vasitəsilə baxmaq olar:
https://www.instagram.com/p/CLpSIbZh3Pn/