Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən elan edilən “Xocalı faciəsi ədəbiyyatda” şeir qiraəti müsabiqəsinə yekun vurulub.

Kitabxanadan bildirilib ki, 15-28 fevral tarixində keçirilən onlayn (“İnstagram”  sosial şəbəkə səhifəsi üzəridən) müsabiqəyə çoxlu sayda iştirakçı qatılıb. İştirakçıların sayının çox olması nəzərə alınaraq, öncədən də qeyd edildiyi kimi, 3 qalibin seçilməsinə qərar verilib. Qaliblər onlayn səs çoxluğu əsasında (“bəyənmə” sayına görə) müəyyən edilib.

Beləliklə, Nihad Əlimuxtarov birinci, Gülay Hacızadə ikinci, müsabiqənin ən gənc iştirakçısı – 4 yaşlı Sirac Məmmədov isə üçüncü yerə layiq görülüb.

Qaliblər kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq.

Şeir qiraəti müsabiqəsi qaliblərinin videolarına aşağıdakı linklər vasitəsilə baxmaq olar:

https://www.instagram.com/p/CLpSIbZh3Pn/

https://www.instagram.com/p/CLpLsXGhFjr/

https://www.instagram.com/p/CLt6kRKhNZJ/