“Keçən il Azərbaycana gələn insanların sayı 3 faiz azalıb. Amma turistlərin sayı 1,5 faiz artıb”. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazirin sözlərinə görə, 2008-ci ildə bu sahədə 40 faizə qədər artım olub. Son 2 ildəsə bu rəqəm 41 faizə qədər yüksəlib: “Bu, olduqca böyük rəqəmdir. Ümumdünya Turizm Təşkilatı tərəfindən də ən yaxşı rəqəmlər kimi qəbul olundu. Bu gün Azərbaycan turizmi beynəlxalq səviyyədə rəqabətə davamlı ölkə kimi tanınır. Dünyada turizm sahəsində ciddi böhran və çətinliklərin olmasına baxmayaraq, Azərbaycan son iki ildə turistlərin gəlişində kifayət qədər yüksək rəqəmlərlə artıma nail oldu. Bu da Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi-sosial siyasətin məntiqi nəticəsi ilə yanaşı, turizm sənayesinin bu axında düzgün mövqe tutmasından asılıdır”.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar