Mədəniyyət və Turizm Nazirliyi may ayında ölkəmizi üç beynəlxalq turizm sərgisində təmsil edəcək. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, mayın 4-7-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ATN Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm potensialımızı bu sərgidə nümayiş etdirmək üçün 40 kvadratmetrlik lövhə icarəyə götürülüb. ATN sərgisində Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən «Cəngi» rəqs ansamblının 6 üzvü iştirak edəcək.
   Qeyd edək ki, ATN-Dubay turizm sərgisi ənənəvi olaraq hər il keçirilir. Azərbaycan bu sərgidə 6-ci dəfədir təmsil olunacaq.
   
   * * *
   May ayında Azərbaycanın iştirak edəcəyi növbəti beynəlxalq turizm sərgisi Bəhreynin Manama şəhərində baş tutacaq. 60 kvadratmetrlik sahənin icarəyə götürüldüyü BİTE-2010 sərgisində ölkəmizi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 2 solisti təmsil edəcək. Sərgi mayın 13-15-də keçiriləcək. Azərbaycan BİTE beynəlxalq turizm sərgisində artıq 3-cü dəfədir ki, iştirak edir.
   
   * * *
   Üçüncü sərgi isə mayın 19-dan 22-dək Küveytdə keçiriləcək. Azərbaycanın ilk dəfə təmsil olunduğu KİF beynəlxalq turizm sərgisində iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 24 kvadratmetrlik sahə icarəyə götürülüb. Bu sərgidə də Turizm şöbəsinin əməkdaşları iştirak edəcək. KİF sərgisində Azərbaycan üçüncü dəfədir təmsil olunur.
   Qeyd edək ki, hər üç sərgidə ölkəmizin turizm potensialını əks etdirən reklam-çap məhsulları ingilis və ərəb dillərində ziyarətçilərə paylanacaq.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar