Azərbaycan Turizm İnstitutunun turizmin linqvistik təminatı kafedrasının baş müəllimi Qəribə Məmmədova martın 1-dən 31-nə qədər Bolqarıstanın Ruse şəhərindəki Anqel Kençev adına Universitetdə Avropa Şurası daxilində “Erasmus Mundus” proqramı çərçivəsində təcrübə keçib.
   Q.Məmmədovanın qəzetimizə verdiyi məlumata görə, bu müddətdə namizədlik dissertasiyası ilə bağlı tədqiqat işləri aparmaqla yanaşı, Azərbaycan, onun tarixi və bu günü ilə, həmçinin Qarabağ müharibəsi, işğal olunmuş ərazilər, onların təbii sərvətlərinin ermənilər tərəfindən talan olunması ilə bağlı ingilis dilində mühazirələr aparıb, prezentasiyalar keçirib. Anqel Kençev adına Universitetin müəllim və tələbələri üçün xalqımızın adət-ənənələri, Novruz bayramı ilə bağlı keçirilən prezentasiyalar onların böyük marağına səbəb olub.
   Qeyd edək ki, ATİ və Ruse Universitetinin müəllimləri turizmə aid ingilis dilində yeni dərsliklər yazmağı planlaşdırırlar. Q.Məmmədova onu da bildirdi ki, “Erasmus Mundus” proqramı müəllimlər arasında yeni ideyaların yaranmasına kömək edir. Belə səfərlərin təşkili hər iki ali təhsil ocağının müəllimlərinin yaxınlaşması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, həmkarlar arasında təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar