F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkə səhifəsi üzərindən həyata keçirilən “Qonağım ol” layihəsi davam edir.

Layihənin qonağı gənc yazar, pedaqoq, tərcüməçi Xülya Cəfərova oldu Xülya Cəfərova ilə oxucular arasında virtual görüş keçirilib.

Görüş zamanı yazar kitabları haqqında ətraflı məlumat verib, eyni zamanda canlı yayıma qoşulan izləyicilərin suallarına cavab verib. “Pedaqoqluq və yazıçılıq arasında körpünün təməlini nə təşkil edir?”, “Oxucu marağı yoxsa yazıçı təxəyyülü?”, “Uşaqlarda oxu vərdişini stimullaşdırmaq üçün valideynlərə nələri tövsiyə edərdiniz?” kimi sualları cavablandıran Xülya Cəfərova “Külək” trilogiyasına daxil olan üçüncü kitabını qısa zamanda oxuculara təqdim edəcəyini də bildirib.

“Qonağım ol” layihəsinin məqsədi oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, müəlliflərin yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara daha da sevdirmək və oxu vərdişlərini artırmaqdır.