F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Günəşdən gələn pay” adlı layihəsinin növbəti mövzusu görkəmli şair, yazıçı, pedaqoq, ədəbiyyatşünas  Abdulla Şaiqin 140 illik yubileyinə həsr edilib.

Hazırlanmış videoçarxda ədibin ev-muzeyindən görüntülər təqdim edilir. Layihənin məqsədi Abdulla Şaiqin irsini uşaq və yeniyetmələrə tanıtmaqdır.

Videoçarxın süjet xəttində Abdulla Şaiq obrazının dilindən uşaqlara kitab və kitabxanaların əhəmiyyətli rolu vurğulanır, onların bir şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün artmasında, söhbətcil, hazırcavab olmasında mütaliənin əvəzolunmaz  olduğu qeyd olunur.

Videoçarxda ədibin sevilən əsərləri sırasında yer alan “Tıq-tıq xanım” mənzum nağılının  qəhrəmanları Tıq-tıq xanımla Siçan bəyin barış səhnəsi təqdim edilir.

Aşağıdakı link vasitəsilə videoçarxı izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=i9Zkq2ApuBw