«Son illər Qəbələ rayonuna gələn xarici turistlərin sayı çoxalıb. 2009-cu ildə rayona gələn 20 min turistin 5 minə yaxını xaricilərdir». Bunu qəzetimizə Qəbələ rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova qeyd edib. O, rayonda turizmin inkişafı ilə məqsədyönlu şəkildə böyük işlər görüldüyünü bildirib: «Qəbələdə beynəlxalq standartlara cavab verən turizm infrastrukturu artıq mövcuddur. Beşulduzlu, dördulduzlu, üçulduzlu hotellərin, istirahət mərkəzlərinin, qonaq evlərinin olması buna sübutdur. Bu turizm obyektlərində xidmətin keyfiyyəti dünyada müəyyən edilmiş normalara uyğundur».
   N.Qafarovanın sözlərinə görə, rayon mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən folklor qrupu vaxtaşırı olaraq mehmanxanalarda turistlər qarşısında çıxış edirlər: «Əcnəbi qonaqlar Azərbaycanın folkloru ilə çox maraqlanırlar. İstəyirik rayonumuza gələn qonaqları mədəniyyətimizlə, mətbəximizlə yaxından tanış edək. Qəbələdə rayonun mətbəxi ilə bağlı kulinariya muzeyi də yaratmaq istəyirik. Mədəniyyət və turizm şöbəsi olaraq çalışırıq ki, Qəbələyə gələn turistlərə xidmətin təşkilində yaxından iştirak edək». 
   

  Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar