Ölkəmizin ali təhsil məkanında ilk ikili diplom təcrübəsinə malik olan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə İtaliyanın Kalyari Universiteti arasında akademik sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

ATMU-dan bildirilib ki, memorandumda müəllim-tələbə mübadiləsi və ikili diplom layihəsi prioritet istiqamət kimi əksini tapıb.

***

Universitetin gənclərdə peşəkar karyera ənənələrinin formalaşdırmaq məqsədi daşıyan “HR Talks” layihəsi də davam edir. Layihə çərçivəsində məzunlar və tələbələr üçün onlayn tədbirlər keçirilir.

Silsilə onlayn tədbirlər “Karyerada uğur formulu”, “Karyera fürsətləri və işə qəbul prosesi”, “Effektiv “Linkedin” profili beynəlxalq təcrübədə”, “Tələbə və gənc məzunlar üçün karyera planlanması və peşəkar portfolionun qurulması”, “Kadr kargüzarlığı və əmək münasibətləri”, “Pandemiya zamanı iş axtarışı” və s. mövzularda olub. Təqdimatçılar Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin mütəxəssisi Kəmalə Hüseynova, ATMU-nun karyera məsləhətçisi Aida Bayramova və başqaları olub.

Layihə çərçivəsində növbəti onlayn görüş martın 7-də ATMU-nun “Facebook” səhifəsindən yayımlanıb.