F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən reallaşan “Qonağım ol” rubrikasında növbəti görüş uşaqların sevimli yazarı Gülzar İbrahimova ilə keçirilib.

Layihənin məqsədi oxucu və müəlliflər arasında virtual görüşlər keçirmək, yazarların yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

Gülzar İbrahimova bahar fəslinə, Novruz bayramına həsr etdiyi nağıl, şeir və hekayələri, kitabları haqqında ətraflı məlumat verib, əsərlərindən parçalar oxuyub.

Yazıçı onlayn iştirakçılarının suallarını da cavablandırıb. O, uşaq yazarı olmaq və gözəl uşaq ədəbiyyatı nümunələri yazmaq üçün ilk növbədə uşaqları çox sevmək lazım olduğunu və ən əsası da uşaq psixologiyasını yaxşı bilmək gərəkdiyini vurğulayıb.