Mayın 7-də Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, Azərbaycan xalqının XX əsrdə ikinci dəfə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsi yarananda, ölkəmiz ağır böhranla üzləşəndə Heydər Əliyev xalqımızın xilası naminə çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü: «Ümummilli liderimiz cəmiyyətdə mübariz əhval-ruhiyyə oyatdı. Onun təhsilə, gəncliyə qayğısının bariz nümunəsi bugünkü gənclərdir».
   Rektorun sözlərinə görə, ölkədə ilk dəfə turizm təmayüllü ali təhsil ocağı olan Azərbaycan Turizm İnstitutunun yaranması ulu öndərin gələcəyə hesablanmış çoxşaxəli fəaliyyətinin məntiqi davamıdır.
   ATİ-nin turizm biznesinin təşkili və idarə edilməsi fakültəsinin dekanı Nəsir Nəsirli, kafedra müdiri İbrahim Əliyev Milli Ordunun formalaşmasında, atəşkəsin əldə olunmasında ümummilli liderin rolunu konkret faktlarla göstəriblər. Çıxışçılar bildiriblər ki, Heydər Əliyev irsini davamlı olaraq öyrənmək və təbliğ etmək lazımdır.
   Qeyd edək ki, ulu öndərin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş tədbirdə onun həyat və fəaliyyətini əks etdirən sənədlər, fotoşəkillər də sərgilənib.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar