Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Musiqi məktəbində xanəndə ixtisası üzrə təhsil alan şagirdlər Miyasə Qədirova (12-14 yaş qrupu) və Riyad Səlimov (15-17 yaş qrupu) İtaliyada keçirilən “The Song” beynəlxalq onlayn müsabiqəsində uğurla  iştirak ediblər.

İdarədən bildirilib ki, şagirdlər “Folklor vokal musiqisi” nominasiyası üzrə birinci yerə layiq görülüblər.

Müsabiqədə Miyasə Qədirova “Yar, sənin”, Riyad Səlimov isə “Durna” Azərbaycan xalq mahnılarını ifa ediblər.