Mayın 19-22-də Küveytin Əl-Küveyt şəhərində “KİF-2010” Beynəlxalq Səyahət Sərgisi keçirilib. Ölkəmizi bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Xarici turizm sektorunun aparıcı məsləhətçisi Kəmalə Həsənova təmsil edib.
   
   K.Həsənovadan aldığımız məlumata görə, “KİF-2010” Beynəlxalq Səyahət Sərgisində 24 kv m-lik sahədə respublikamızın turizm imkanlarını əks etdirən lövhə qurulub: «Küveytdə olarkən bu ölkənin insanlarında Azərbaycana böyük maraq olduğunu gördük. Bunu sərgi müddətində lövhəmizə çoxlu sayda yerli ziyarətçilərin yaxınlaşmasından da hiss etmək mümkün idi. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında məlumatlar verdik. Sərgi iştirakçılarının daha çox marağına səbəb olan isə lövhəmizdə milli musiqilərimizin səsləndirilməsi oldu».
   Nazirlik təmsilçisinin dediyinə görə, sərgi çərçivəsində bir sıra turizm şirkətləri ilə görüşlər keçirilib. Küveyt tərəfi 2010-cu ildə Azərbaycanın turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Küveytə infotur təşkil etmək niyyətindədir. K.Həsənova bu ölkədə nəşr edilən “Kuwait Times” və “Alrai” qəzetlərinə Azərbaycanın turizm potensialı barədə geniş müsahibə verdiyini də qeyd etdi.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar