Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqələrdə uğurla iştirak edirlər.

İdarədən bildirilib ki, məktəbin skripka ixtisası üzrə V sinif şagirdi Fərid Ziyalı bu dəfə Portuqaliyada keçirilən “Lisbon Stars” (“Lissabon ulduzları”)  Beynəlxalq musiqi və incəsənət müsabiqəsinə qatılaraq birinci yerə layiq görülüb.

Daha öncə də beynəlxalq müsabiqələr laureatı olmuş Fərid onlayn şəkildə keçirilən bu ifaçılıq yarışında İ.S.Bax-Ş.Qunonun “Ave Maria” əsərini ifa edib. Müəllimi Nigar Babayevanın, konsertmeyster Xədicə Balakişiyevanın zəhməti və özünün istedadı, musiqiyə sevgisi balaca skripkaçıya yeni mükafat qazandırıb.