Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi çərçivəsində animator, ‘’Azanfilm’’ studiyasının direktoru Mansur Şəfiyevin “Azərbaycanda animasiya sahəsi” mövzusunda virtual ustad dərsi keçirilib.
Ustad dərsi Azərbaycanda animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə təşkil olunub.
Mansur Şəfiyev mövzuya dair təqdimatla çıxış edib və “Digitalart-lab” layihəsi iştirakçılarının suallarını cavablandırıb. Rəssam animasiya sahəsində qazandığı təcrübəsindən də bəhs edib.
Xatırladaq ki, Mansur Şəfiyev Azərbaycanda bir çox animasiya filmlərində rəssam kimi fəaliyyət göstərib.
Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.