İyunun ilk yarısında açılması nəzərdə tutulan Bakı-Krit adası (Yunanıstan) çarter sərnişin aviareysləri təxirə salınıb. Marşrut üzrə ilk aviareys iyunun 12-nə nəzərdə tutulmuşdu. Turizm Assosiasiyasının prezidenti Nahid Bağırovun sözlərinə görə, hazırda Yunanıstanda müşahidə olunan siyasi-iqtisadi gərginlik səbəbindən aviareysin açılması iyulun 3-dək təxirə salınıb: «Uçuşlar hər həftənin VI günləri «Airbus-319» avialayneri ilə saat 9:00-da yerinə yetiriləcək».
   Qeyd edək ki, Krit adasında 3 ulduzlu hotellərdə istirahət üçün bir paketin qiyməti 600 avrodan, 4 ulduzlu hoteldə 800 avrodan, 5 ulduzlu hoteldə istirahət etmək üçün isə 1 000 avrodan başlayır. Turizm paketlərinə aviabilet, transfer və gündə 3 dəfə yemək daxildir.

Fəxriyyə