Mayın 27-dən iyunun 1-dək Dağıstan Dövlət Universitetinin təşkilatçılığı ilə Mahaçqala şəhərində Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasının XIV assambleyası keçirilib. Tədbirdə Azərbaycan Turizm İnstitutunun ictimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim Əliyev də iştirak edib.
   İ.Əliyev bizimlə söhbətində bildirdi ki, 1996-cı ildə Rusiya və Qazaxıstana məxsus universitetlər tərəfindən əsası qoyulmuş Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyası dörd Xəzəryanı ölkədən 40-dan artıq universiteti birləşdirir: «Yalnız Türkmənistan universitetlərini buraya cəlb etmək mümkün olmayıb».
   Həmsöhbətimizin sözlərinə görə, səfər müddətində Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasının XIV assambleyası çərçivəsində keçirilən bir neçə tədbirdə iştirak edib. İ.Əliyev Azərbaycan Turizm İnstitutu barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib, institutun tədris prosesində həyata keçirilən yeniliklər haqda danışıb. Eyni zamanda müxtəlif ölkələrin universitetləri ilə əlaqə yaratmaq və əməkdaşlıq etmək üçün fərdi danışıqlar da aparıb. Toplantının sonunda Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasının növbəti - XV assambleyasının Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə 2011-ci ilin payızında Bakıda keçirilməsi qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar