F.Köçərli adına Respublika Uşaq Kitabxanası yazıçı Solmaz Amanova ilə Xətai rayonu 95 saylı tam orta məktəb, Bakı Avropa liseyi və Gəncə şəhər 17 saylı tam orta məktəbin şagirdlərinin iştirakı onlayn görüş keçirib.

Onlayn görüş şagirdlərin təqdimatında dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş kompozisiya ilə başlayıb.

Görüşün məqsədi oxucu və müəllif arasında virtual ünsiyyət qurmaq, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.

Solmaz Amanova yaradıcılığı, İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları” əsəri, eləcə də “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi kitabları barədə ətraflı məlumat verib, məktəblilərin suallarını cavablandırıb.