Bugünlərdə “Beynəlxalq turizm” adlı jurnalının redaktoru Aleksandr Qorobeç və jurnalın müxbiri Andrey Vlasenko Azərbaycanda olublar. Səfərin məqsədi jurnalın növbəti nömrəsində çap olunacaq Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə üçün material toplamaq idi. Bakı, Abşeron, Şamaxı, İsmayıllı, Şəki, Qax, Zaqatala, Gəncə, Quba, Qusar, Şəmkir və digər rayonlarda olan ukraynalı qonaqlar Azərbaycanın rəngarəng mədəni irsinə, müalicəvi kurortlarına (Naftalan, Düzdağ), mətbəxinə valeh olduqlarını dilə gətiriblər. Press-turun iştirakçıları paytaxtda və regionlarda fəaliyyət göstərən hotellərin xidmət səviyyəsini, turizm infrastrukturunun inkişafını yüksək qiymətləndiriblər. Məlumat üçün bildirək ki, “Beynəlxalq turizm” jurnalı 1992-ci ildən çap olunur. Jurnal Ukraynada turizm sahəsinin ən yaxşı nəşri hesab olunur, bir çox yerli və xarici mükafatlara layiq görülüb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar