Təməli 2017-ci ilin fevralında qoyulan və Türkiyənin ən böyük ibadət məkanlarından biri olacaq İstanbulun Taksim məscidi Ramazan ayının son cümə günü ibadətə açılacaq.
Eyni anda 2500 nəfərin ibadət edə biləcəyi bu məscidin memarları Şefik Birkiye və Səlim Dalamandır.
Ümumilikdə 16 500 kvadratmetrlik ərazidə inşa olunan, qapalı hissəsi təxminən 2482 kvadratmetr sahəni əhatə edən məscidin hündürlüyü 61 metrdir. Son tamamlama işləri aparılan məscid-kompleksin daxilində konfrans və sərgi salonları da fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan məscidin inşasının tamamlanması pandemiya səbəbindən gecikib.