Yayın gəlişi ilə çimərliklər mövzusu yenidən aktuallıq qazanıb. Artıq Bakıdakı çimərliklərin monitorinqi də keçirilib. Monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi dənizin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda aparıb. 
   Nazirlikdən mətbuata verilən məlumata görə, Sumqayıt və Sahil qəsəbəsinin “Sahil”, “Şıx” çimərliklərindən başqa modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağındakı çimərlik sahələri yay mövsümündə çimərlik kimi istifadəyə yararlıdır.
   Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında, “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahilboyu ərazilərindəki çimərliklərdə çirklənmə dərəcəsi norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə - Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazisində ötən il olduğu kimi, bu il də mikrobioloji çirklənmə qeydə alınıb. Nazirlik Abşeron yarımadasında yerləşən çimərliklərin dəniz suyu üzərində aparılmış laboratoriya təhlillərinin orta göstəricilərini də dəqiqliklə açıqlayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar