Bu ilin əvvəlindən ilk dəfə olaraq Avropada hotellər qiymətləri aşağı salmağa başlayıb. Turistlər arasında 50 ən populyar Avropa şəhərinin 38-də qiymətlər endirilib. Orta hesabla Avropa hotellərinin qiyməti 124 avrodan 117 avroya düşüb. Lakin ayrı-ayrı şəhərlərdə turistlər üçün qiymətlər daha əlverişli istiqamətdə dəyişib. Belə ki, Barselonada (İspaniya) mehmanxanalarda otağın qiyməti 24% azalaraq təxminən 141 avro, Turində (İtaliya) 29% azalaraq 101 avro, Sevilyada (İspaniya) 16% azalaraq 93 avro təşkil edib.
   Bununla yanaşı, İtaliyanın Milan və Bolonya kimi şəhərlərində hotellər 2010-cu ildə ilk dəfə xidmətlərini müvafiq olaraq 112 avro və 83 avroya təklif edir. Brüssel (Belçika), Münhen, Frankfurt, Düsseldorf və Köln (Almaniya) şəhərlərində də hotellərdə nömrələrin qiymətləri ucuzlaşıb. Böyük Britaniya mehmanxanaları qiymətləri 12% aşağı salıb. Burada bir nömrənin qiyməti təxminən 156 avro təşkil edir. Afinada (Yunanıstan) hotellər qiymətləri 9%, Lissabonda (Portuqaliya) 11%, İstanbulda isə 13% aşağı salıb.
   Buna baxmayaraq, Şimali Avropa ölkələrində hotellərində qiymətlər bahalaşıb. Məsələn, Amsterdam (Hollandiya) və Kopenhagendə (Danimarka) qiymətlər 7%, Stokholmda (İsveç) 8%, Berlində (Almaniya) isə 13% bahalaşıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar