23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası əlamətdar gün münasibətilə virtual sərgilər təqdim edib. “23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü” və “Gənc yazarlar” adlı virtual sərgilərdə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgilərlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

http://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm

http://anl.az/el/vsb/Genc_yazarlar/index.htm