Niderland Krallığındakı səfirliyimizin təşəbbüsü ilə Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin adına poçt markası nəşr olunub.

Böyük şairin anadan olmasının 880 illiyi və Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə hazırlanan poçt markasının üzərində “Azərbaycan şairi Nizami Gəncəvi - 880” sözləri yazılıb.

Poçt markası qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bu Qərbi Avropa ölkəsində daha geniş tanıdılması və təşviqi məqsədilə hazırlanıb.