Aprelin 24-də Vaşinqtonda ermənilərin qondarma “erməni soyqırımı”nın 106-cı ildönümü ilə bağlı nümayişi olub.

Nümayişdən bir neçə saat öncə ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə həsr olunmuş nitqində “soyqırımı” sözünü işlədib.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 50 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısında toplanıb.

Türkiyə, Azərbaycan, həmçinin Axıska türkləri icmalarının nümayəndələri küçənin o biri tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, eləcə də ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər və 1970-80-ci illərdə Türkiyə diplomatları və vətəndaşlarına qarşı keçirdiyi terror kampaniyaları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər. Türkiyə və Azərbaycan icma nümayəndələri Co Baydenin bəyanatına qəti etirazını bildiriblər.

Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda mahnılar, aksiyanın sonunda Türkiyə və Azərbaycanın himnləri səslənib.