Beynəlxalq və regional təhlükəsizlik problemlərinin son dərəcə vacib olduğu bir dövrdə Amerika Birləşmiş Ştatları Prezidentinin 1915-ci il hadisələrini "soyqırımı" kimi qiymətləndirməsini qərəzli və ədalətsiz hesab edirəm.

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bu fikri ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı aprelin 24-də yayılan açıqlaması ilə bağlı bəyanatında vurğulayıb.

Düsen Kaseinov sözügedən açıqlamanın regional sülhə, mədəniyyətlərin yaxınlaşmasına və xalqlar arasında birgəyaşayış faktoruna vurduğu və vuracağı zərərləri diqqət alaraq qınadığını və onun heç bir tarixi, hüquqi əsasının olmadığını bildirib.

Baş katib Birinci Dünya müharibəsi dövründə baş verən hadisələrin gündəlik siyasət deyil, tarix elminin mövzusu olduğunu və bunun elm adamları tərəfindən aydınlaşdırılmasının məqsədəuyğun olduğunu qeyd edib.

Mehparə SULTANOVA
Ankara