Türkiyənin Erikagacioyku.com ("Alça ağacı") ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının türk dilinə çevrilmiş şeirlərini dərc edib. Portalda şairin "Bu torpaq bizi götürməyəcək", "Əbədi sevda", "Yenə kənd yolunda" şeirləri verilib.

Bundan əlavə, Dövlət Tərcümə Mərkəzinin layihəsi çərçivəsində Sabir Rüstəmxanlının "Millətəm" və  "Ürək yerinə" şeirləri ərəb dilinə tərcümə edilərək Omanın "Bəvvabətu əl-şüəra" ("Şairlər portalı") ədəbiyyat portalında yayımlanıb. Portalda həmçinin müəllifin yaradıcılığı haqqında məlumat verilib.

Keçid linkləri:

https://erikagacioyku.com/2021/03/30/sabir-rustemhanli-1946/

https://poetsgate.com/poet.php?pt=5869&name=%D8%B5%D8%A7%D8%A8%D8%B1%20%D8%B1%D8%B3%D8%AA%D9%85%D8%AE%D8%A7%D9%86%D9%84%D9%8A