Virtual kitab sərgisi kitabxanalardakı xüsusi seçilmiş və mövzu üzrə sistemləşdirilmiş materialların görüntülərinin internet vasitəsilə nümayiş etdirilən sərgisidir. Virtual kitab sərgiləri geniş istifadəçi kütləsinə məlumat axtarışının səmərəliliyini artırmaq, lazımi materialların (mətnlər, qrafika, audio, video və s.) çeşidini genişləndirmək imkanı verən çoxfunksiyalı bir informasiya mənbəyi kimi həyatımıza daxil olub. Pandemiya şəraitində kitabxanaların oxucularla ünsiyyət qurmasında belə sərgilər xüsusi əhəmiyyət kəsb edir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müxtəlif mövzu və başlıqlarda 50-dan çox Azərbaycan və rus dillərində virtual kitab sərgisi hazırlanıb. Onların əksəriyyəti tarixi və əlamətdar günlər təqviminə əsasən tərtib edilib. Virtual sərgilərdə bu və ya digər hadisə və ya şəxsiyyət haqqında ətraflı məlumat, bu mövzuda yazılan kitab siyahıları və onların annotasiyaları, istinadlar, fotogörüntülər, videomənbələr musiqi müşayiəti altında təqdim olunur.

Mövcud pandemiya şəraitində oxucular Respublika Gənclər Kitabxanasının “İnstagram”, “Facebook” sosial şəbəkələrinə, “Youtube” kanalına abunə olaraq sözügedən virtual sərgilərdən yararlana bilərlər.

İstifadəçilər kitabxananın virtual sərgilərinə bu link vasitəsilə baxa bilərlər:

https://www.youtube.com/channel/UC3tSg2MozfkoxQRNCt8wzMQ/videos