Azərbaycan Milli Kitabxanası Çin Milli Kitabxanası ilə əməkdaşlıq çərçivəsində kitabxana-informasiya sahəsində əlaqələri inkişaf etdirir, sərgilərin təşkili, kitab və resurs mübadiləsi həyata keçirir.

Bu günlərdə Çinin Azərbaycandakı Səfirliyi tərəfindən Milli Kitabxanaya 243 nüsxə ingilis və çin dillərində, 5 nüsxə rus dilində kitablar, eyni zamanda elektron kitablar –ingilis dilində 9 DVD və rus dilində 3 DVD disk hədiyyə edib. Kitablar Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalının Çin guşəsində və Xarici ədəbiyyat kolleksiyasında yerləşdirlib.

Beynəlxalq əməkdaşlıq zalındakı Çin guşəsində bu ölkənin mədəniyyəti, ədəbiyyatı, tarixi, iqtisadiyyatı, memarlığı, rəssamlığı, incəsənəti, texnologiyası ilə bağlı nəşrlər yer alıb.

Qeyd edək ki, Milli Kitabxanada Beynəlxalq əməkdaşlıq zalı 2019-cu ildə yaradılıb. Hazırda burada 14 ölkənin ədəbiyyat guşəsi var. Zalda həmin ölkələrin kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.