Aprelin 28-də görkəmli oftalmoloq alim, ölkəmizdə tibb elminə və səhiyyəyə böyük töhfələr vermiş akademik, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur.

Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələridir. Novator alim göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasını ölkə miqyasında yüksək səviyyədə təşkil etməklə bərabər, həm də müasir tipli laboratoriyalar yaradılmasına, insanların sağlam həyat tərzinin mühafizə olunmasına xüsusi diqqət yetirirdi. Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı də davamçılarının yolunu işıqlandırır.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Zərifə Əliyeva – 98” adlı virtual sərgi və “Zərifə xanım Əliyeva” adlı elektron məlumat bazası hazırlanıb.

Virtual sərgidə akademik Zərifə Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur. Elektron toplu “Bioqrafiyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Ana”, “Görkəmli şəxslər Zərifə Əliyeva haqqında”, “Əsərləri”, “Zərifə xanım Əliyeva dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi” və s. bölmələrdən ibarətdir.

Milli Kitabxananın təqdim etdiyi virtual sərgi və elektron toplu ilə bu linklərdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Akademik_Zerife%20Eliyeva_98/index.htm

http://anl.az/el/emb/ZE/index.html

***

Respublika Gənclər Kitabxanası da xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında "Qaranlığa nur saçan zəka” adlı biblioqrafik siyahı, “Görkəmli oftalmoloq alim”  başlıqlı virtual sərgi və videoçarx hazırlayıb.

Biblioqrafik siyahıda görkəmli oftalmoloq alimin həyat və fəaliyyəti, müəllifi olduğu əsərlər, onun haqqında yazılan kitablar, dövrü mətbuatda çıxan (Azərbaycan, ingilis və rus dillərində) məqalələr barədə məlumatlar xronoloji ardıcıllıqla, daxildə isə əlifba  üzrə qruplaşdırılıb.

Virtual sərgidə tammətnli kitabların təsviri və kitab haqqında məlumatlar və kitabın elektron variantlarının yerləşdirdiyi linklər verilib. Biblioqrafik siyahıda 119 (50 kitab, 69 dövri mətbuat), virtual sərgidə 27 tammətnli kitab təqdim edilib.

Videoçarxda isə xeyirxah həkim, gözəl insan Zərifə xanımın həyatı, fəaliyyəti ilə bağlı, həmçinin şəxsi ailə albomundan fotolar təqdim edilib.

Respublika Gənclər Kitabxanasının hazırladığı materiallara aşağıdakı linklər vasitəsilə baxmaq olar:

https://www.instagram.com/tv/COKUXGqhgqg/

https://www.youtube.com/watch?v=IqWynHhL8jA

http://ryl.az/files/Zerife_xanim_Eliyeva.pdf