Ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin bu ölkədəki səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Alparslan Akıncı və mətbuat məsələləri üzrə attaşesi Mustafa Avcı ilə görüşüb.

Türkiyə səfirliyində keçirilən görüşdə birgə layihələrin həyata keçirilməsi, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Özbəkistanda keçiriləcək mədəniyyət tədbirləri, özbək mətbuatı və təhsil sahəsində əməkdaşlıq, milli mədəniyyətimizin, turizm ehtiyatlarının təbliği, Türk Şurası ölkələri arasında mətbuat sahəsində münasibətlərin inkişafı məsələləri müzakirə edilib.

Türkiyə diplomatı tərəfindən Samir Abbasova türk dilində çap olunan “Yukarı Karabağda 44 günde gelen zafer: Türkiye-Azerbaycan kardeşliginin nişanesi” kitabı hədiyyə olunub.