Aprelin 27-də Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan  olunmuş  “Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib.

Xətai Sənət Mərkəzində gerçəkləşən tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq, iştirakçılarını salamlayıb və müsabiqənin  əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqənin məqsədi Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidliyi, azərbaycançılıq məfkurəsini və milli birliyimizi təsvir sənət müstəvisində nümayiş etdirmək, həmçinin akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq və təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığını təşviq etməkdir.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov layihəyə dəstək olan tərəfdaşlara, seçim heyətinə və müsabiqəyə qatılan hər kəsə təşəkkür edib.

İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Səbinə  İskəndərli akvarel sənətinin özəlliklərindən danışıb. 

Daha sonra qaliblərə mükafatlar təqdim edilib.

Akvarel sənəti üzrə qaliblər:

I yer – Hafiz Kərimov

II yer – Fatma Kılıç

III yer – Feyzi Məmmədov

 

Qrafika sənəti üzrə qaliblər:

I yer – Elmir Məmmədov

II yer – Günel Quliyeva

III yer – Əbülfəz Fərəcoğlu

 

Həvəsləndirici mükafat (5 yer):

Xanlar Əsədullayev

Gülşən Baxşəliyeva

Naibə Vəliyeva

Zeynəb Yaqubova

Leyla Vazehi

 

Tədbir zaman, həmçinin Xətai Sənət Mərkəzində akvarel qalereyasının təqdimatı olub. Qonaqlar qalereya ilə tanış olublar.

Qeyd edək ki, müsabiqədə seçilərək sərgilənən əsərlərin müəllifləri sertifikatlarını Xətai Sənət Mərkəzindən götürə bilər.

 “Can Azərbaycan” müsabiqəsinin yekun sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial şəbəkə hesablarından izləmək mümkündür:

https://www.facebook.com/ADRQalereya.az/videos/294514242048792

https://www.facebook.com/Xetaisenetmerkezi/videos/2571384193167124

https://www.youtube.com/watch?v=Xm43G6Q3bjU