Aşıq Ələsgər çoxəsrlik keçmişə malik ozan sənəti ənənələrinə yeni məzmun qazandırıb, yüksək bədii sənətkarlığa malik əsərləri ilə Azərbaycan aşıq poeziyasını zənginləşdirib. Dövrünün tanınmış sənətkarlarından dərs alan Aşıq Ələsgər özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib.

Sənətkarın doğma təbiətə məhəbbət və vətənə bağlılıq aşılayan, ana dilimizin saflığını, hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. O, demək olar ki, aşıq yaradıcılığının bütün janrlarında ideya-bədii cəhətdən kamil nümunələr yaradıb.

Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aşıq Ələsgər – 200” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, əsərlərinin yer aldığı, eləcə də haqqında yazılan kitablar, məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Asiq_Elesger_200/index.htmhttp://anl.az/el/vsb/Abdulla_Saiq_140/index.htm linkindən istifadə edə bilərlər.