London bu sırada birinci yeri tutur
   
   Ötən ilin yekunları göstərib ki, London turistlərin sayına görə Avropa şəhərləri arasında liderdir. İkinci yerdə Paris, üçüncü yerdə isə Berlin gəlir.
   Bu məlumatı 101 Avropa şəhərinə turist axınını öyrənən “European Cities Marketing” şirkəti açıqlayıb. Şirkət hotellərin yüklənmə səviyyəsini, turistlərin həmin hotellərdə keçirdikləri gecələrin sayını öyrənib, ekspertlər arasında sorğu aparıb.
   Avropanın ən populyar şəhərləri arasında üçüncü yeri tutan Berlin liderlərdən xeyli geri qalır. Burada cəmi 18,9 milyon gecələmə faktı qeydə alınıb. Lakin bu rəqəm Əbədi şəhər sayılan Romanın oxşar rəqəmi (18,6 milyon) ilə demək olar üst-üstə düşür.
   Siyahıda sonrakı yerləri Madrid (13,7 milyon), Barselona (12,8 milyon), Praqa (11,2 milyon), Vyana (10,5 milyon), Münxen (9,9 milyon) və Amsterdam (8,6 milyon) tutublar.