«Azərbaycanın turizm potensialı ilbəil genişlənir. 2010-cu ilin ilk üç ayında Azərbaycana gələn və ölkəmizdən gedən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmayıb» - Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
   
   Nazir qeyd edib ki, 2010-cu ildən başlayaraq Azərbaycanın daxili turizm potensialı inkişaf etməkdədir. Bir çox infrastruktur layihələri başa çatdırılıb: «Nazirliyin monitorinq qrupu bu günlərdə Xaçmaz və Quba rayonlarında olub. Orada fəaliyyət göstərən turizm şirkətləri üçün lazımi şəraitin yaradılmaması ilə bağlı irad və təkliflər yerli icra orqanlarına çatdırılıb və hazırda mövcud nöqsanlar aradan qaldırılır».
   Ə.Qarayev deyib ki, bu il eyni zamanda ölkəmizin istirahət məkanlarında qiymətlərdə enmələr müşahidə olunur. Bunu sevindirici hal kimi qiymətləndirən nazir ucuzlaşmanın səbəbini hotellərin və gecələmə yerlərinin sayının artması, nəticədə rəqabətin güclənməsi ilə izah edib.    

Fəxriyyə