2010-cu ilin ilk 6 ayında Azərbaycana İrandan 150 minə yaxın turist gəlib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, bu il ölkəmizdə beynəlxalq səviyyədə qeyd edilən Novruz bayramı günlərində iranlı turistlərin Azərbaycana səfəri xüsusilə intensiv olub. “İranla turizm sahəsində əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bu ölkədən turistlərin Azərbaycana gəlməsi, burada maraqlı və mənalı istirahət etməsi bizim üçün çox vacibdir. Biz istərdik ki, Azərbaycana gələn turistlərin sayı çox olsun. İranın da gözəl, görməli yerləri var. Azərbaycandan İrana xeyli sayda turist gedir, amma təəssüf ki, bu səfərlər mədəniyyətlə bağlı yox, başqa maraqlar üzərində qurulan səfərlərdir. İstərdik ki, mədəni turizmin inkişafına da xüsusi önəm verilsin”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar