İstanbul Şeir Akademiyası böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin vəfatının ikinci ildönümü ilə əlaqədar onun xatirəsinə həsr olunmuş beynəlxalq şeir müsabiqəsi elan edib. Tanınmış və həvəskar şairlərin şeirləri noyabrın 20-dən yanvarın 15-dək qurumun elektron ünvanına göndəriləcək. Münsiflər heyəti ilk üç yerə layiq görülmüş şeirlər üçün 15 min türk lirəsi (10 min ABŞ dolları) məbləğində mükafat ayırıb.