Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və həyat yoldaşı bu günlərdə Gədəbəy rayonunda olub. Qonaqlar zamanı rayonun iqtisadiyyatı, təsərrüfat həyatı ilə, eləcə də qədim tarix-mədəniyyət abidələri ilə maraqlanıb, rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə birgə Gədəbəy Aşıq Məktəbinə baş çəkib.

Səfir və xanımı məktəbdə dərsləri, müəllim və şagirdlərin çalğı və oxu ifalarını xüsusi heyranlıqla izləyiblər. Onlar məktəbin Aşıq sənəti muzeyi ilə də tanış olub, burada nümayiş etdirilən müxtəlif dövrlərin musiqi alətlərinə, aşıqların milli geyimlərinə, folklor nümunələrinə maraqla baxıblar.

Diplomat səmimi şəraitində keçən görüşə görə təşəkkürünü bildirib.

Etibar ƏLİYEV
Gədəbəy Aşıq Məktəbinin direktoru, Azərbaycan Aşıqlar Birliyinin üzvü