F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov olub.

“İnstagram” sosial şəbəkəsi üzərindən reallaşan görüşdə Nicat Kazımov sənət layihələri, tamaşaları, ümumilikdə fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sənətçi canlı yayıma qoşulan izləyicilərin “Uşaqlara teatrı necə sevdirməli?”, “Hansı uşaq ədəbiyyatı nümünəsini səhnələşdirmək istərdiniz?”, “ Ən uzun müddət hazırlaşdığınız tamaşa hansı olub? “, “Səhnələşdirəcəyiniz tamaşalara əsərləri necə seçirsiniz?”, “Ən uğurlu tamaşanız hansıdır?”, “Necə oldu ki, bu peşəni seçdiniz?” kimi müxtəlif suallarını cavablandırıb.

Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən həyata keçirilən “Qonağım ol” layihəsinin məqsədi yaradıcı insanların oxucularla virtual görüşlərini keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaq, uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.