Xəbər verdiyimiz kimi, Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən beynəlxalq musiqi festivalında uğurla iştirak ediblər.

Bərdə Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, onlayn formatda keçirilən “Grand Music Festival” beynəlxalq yarışmasında məktəbin VII sinif şagirdi Dadaşova Aytac Maarif qızı və V sinif şagirdi Ömərzadə Məryəm Cəfərqulu qızı II dərəcəli diplomla, V sinif şagirdi Hüseynova Səriyyə Hüseyn qızı və V sinif şagirdi Əhmədli Nəzrin Səfər qızı III dərəcəli diplomla təltif olunublar.

Həmçinin, uğurlu iştiraka və mədəniyyətin inkişafına verdiyi töhfəyə görə Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin rəhbərliyinə və şagirdlərin ixtisas müəlliminə təşəkkür məktubu təqdim olunub.