Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində ağdaşlı rəssam Məlahət İsmayılın “Şəhidlər ölməz” adlı fərdi sərgisi açılıb. Bu, rəssamın sayca beşinci sərgisidir.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Sərgidə 44 günlük Vətən müharibəsində mərdliklə döyüşüb şəhidlik zirvəsinə ucalmış ağdaşlı igidlərin portretləri və İkinci Qarabağ savaşı barədə əsərlər nümayiş olunur. Məlahət İsmayıl 36 şəhidin hər birinin ayrıca portretini yaradıb.

Qeyd edək ki, mayın 7-də açılan sərgi on gün ziyarətçilər üçün açıq olacaq. Sonda portretlər şəhidlərin ailə üzvlərinə təqdim ediləcək.

NURƏDDİN